Gəncədə 15 yaşlı oğlan qətlə yetirildi - YENİLƏNİB
23:02 Gəncədə 15 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, şəhər sakini, 15 yaşlı A. Hətəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır
---------- 21:32 Gəncədə qətl hadisəsi baş verib.
meqale.com-ın məlumatına görə hadisə şəhərin Dəmiryolu vağzalı adlanan ərazisində qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü T. Məmmədov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatırılıb.
Həkimlərinin müdaxiləsinə baxmayaraq 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır. /APA