Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirilib

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının bağlanış mərasimi keçirilib.

Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirilib
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının bağlanış mərasimi keçirilib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, Gəncə Stadionunda təşkil olunan tədbirdə III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov çıxış edib. O, III MDB Oyunlarını bağlı elan edib.

Samir Şərifov yarışların uğurla başa çatdığını bildirib:

"On bir gün ərzində Oyunlara ev sahibliyi edən Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi şəhərləri möhtəşəm idman bayramının şahidinə və bilavasitə iştirakçısına çevrilib. Müstəqil Dövlətlər Birliyinə daxil olan 8 ölkənin və Oyunlara qatılan daha 5 ölkənin idmançıları 23 idman növü üzrə yarışlarda öz məharətlərini, əzmkarlıqlarını nümayiş etdirdilər. Onlar 235 dəst fərdi və komanda mükafatları uğrunda mübarizə apararaq milyonlarla idmansevərə unudulmaz sevinc, həyəcan, həmçinin qürur dolu anlar yaşatdılar. Bu möhtəşəm idman bayramının ərsəyə gəlməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğının təzahürüdür. Əminliklə deyə bilərik ki, Azərbaycanda keçirilən III MDB Oyunlarının təşkilində ən yüksək standartlar təmin edilib".

Sonra III MDB Oyunlarının bayrağı endirilib. Dövlət Himni səsləndirilib.

Tədbir bədii hissə davam edib.