Gəncədə küçəyə atılan azyaşlılara hansı diaqnoz qoyulub? - Xəstəxanadan AÇIQLAMA
Gəncədə nənənin küçəyə atdığı və Bakıdakı 1 saylı körpələr evinə yerləşdirilən iki azyaşlı Kliniki Tibbi Mərkəzin (KTM) tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasında müayinədən keçiriliblər.
meqale.com Trend-ə istinadən xəbər verir ki, 2021-ci il təvəllüdlü Miriyusif Cəlilov və bacısı, 2023-cü il təvəllüdlü Mələyə kəskin respirator virus infeksiyası diaqnozu qoyulub.
Bildirilib ki, onların vəziyyətləri kafidir.