Gəncədə məktəblilər arasında insident olub
Gəncədə məktəblilər arasında dava olub.
meqale.com xəbər verir ki, Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri - 2009-cu il təvəllüdlü F.Q., 2010-cu il təvəllüdlü A.H. və R.H. müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
*** Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:
"Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki məktəblərin birində 2 nəfər şagirdin mübahisə etməsi barədə məlumat daxil olub. Məsələ ilə bağlı həmin şagirdlərin valideynlərinin iştirakı ilə izahatları alınıb, məktəblilərdən xəsarət alan yoxdur. Hazırda araşdırmalar davam etdirilir".