Gəncədə partlayış - xəsarət alan var
Gəncədə qaz sızmasından partlayış olub.
meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdə evdə qeydə alınıb.
Şəhər sakini 1958-ci il təvəllüdlü Ş.Musayev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Fakt araşdırılır.