Gəncədə sahibsiz it 5 yaşlı uşağa xəsarət yetirib - VİDEO

Gəncədə sahibsiz küçə itləri azyaşlı uşağa hücum edərək onu dişləyib. Qonşuların köməyə gəlməsi hadisənin ağır nəticələnməsinin qarşısını alıb. Ancaq hadisə sahibsiz itlər probleminin aktuallığını yenidən gündəmə gətirib.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, 5 yaşlı Elməddinə itlər günorta saatlarında oynamaq üçün həyətə çıxarkən hücum ediblər. Anası onun səsini eşidib bayıra çıxanadək qonşu qadın azyaşlının köməyinə yetişərək iti qovub. Buna baxmayaraq, sahibsiz it 5 yaşlı uşağa xəsarət yetirib.

Uşağa dərhal tibbi yardım göstərildiyindən onun sağlamlığında ciddi fəsad yaranmayıb. Ancaq baş vermiş hadisə sahibsiz itlərlə bağlı onsuz da şikayətçi olan sakinlərin  narahatlığını bir az da artırıb.  

Yeganə müsbət hal isə odur ki, Gəncədə elə bugünlərdə sahibsiz itlər üçün sığınacaq istifadəyə verilib.

Bunun təşəbbüskarı Müzadil Həsənovun sözlərinə görə, sığınacaqda toplanan itlərin müalicə və müayinəsi, eyni zamanda qısırlaşdırılması aparılacaq ki, artımın qarşısı alınsın.

Qeyd edək ki, sığınacağın fəaliyyətinə Gəncə ŞİH-nin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi də dəstək verir. Sahibsiz itlərin tutularaq sığınacağa təhvil verilməsi isə sakinlərin müraciəti əsasında məhz bu qurum tərəfindən həyata keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: