Gəncədə sirkə turşusundan zəhərlənən kişi öldü

Gəncə şəhərində 37 yaşlı kişi sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib.

Gəncədə sirkə turşusundan zəhərlənən kişi öldü
Gəncə şəhərində 37 yaşlı kişi sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib.

meqale.com teleqraf.com-a istinadən bildirir ki, hadisə Gəncə şəhər Məhsəti qəsəbəsi, 8-ci küçədə yerləşən evlərdən birində qeydə alınıb.

Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Ə.Bağırov sirkə turşusundan zəhərlənib.

O, Zülfüqar Məmmədov adına 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.