Gənclər buna görə evlənə bilmir - Fazil Mustafa

"İşsizlik, digər sosial problemlər imkan vermir ki, gənclər ailə qursun". 

Gənclər buna görə evlənə bilmir - Fazil Mustafa
"İşsizlik, digər sosial problemlər imkan vermir ki, gənclər ailə qursun". 

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında deyib.

Deputat qeyd edib ki, bunu hazırkı tendensiyada da görürük: "Evlənmə yaşı 30-35-dən yuxarı qalxıb. Boşananların sayı sürətlə artır. Selektiv abortların artması gələcək üçün ciddi təhlükə yaratmaqdadır. Abortların 27 % artması çox ciddi mesajlar verir".