Gənclər və İdman Nazirliyindən "İdman və biz" portalının təqdimatından REPORTAJ - VİDEO - FOTO
Gənclər və İdman Nazirliyi Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) layihəsi olan "İdman və biz" (idman.biz) idman portal haqqında reportaj yayımlayıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, reportajda yeni idman portalının əhəmiyyəti qeyd olunub.
Xatırladaq ki, sentyabrın 26-da "İdman və biz" (idman.biz) idman portalının təqdimat mərasimi baş tutub.
Təqdimat mərasimində Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Trend BİA-nın direktoru İlqar Hüseynov və digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
idman.biz saytında bütün idman növləri haqqında məlumat veriləcək.