"Gender bərabərliyi dedikdə qadınların hüquqları başa düşülür, amma belə deyil"

Artıq 4 ildir ki, gender bərabərliyi ilə bağlı qanunun yerinə yetirilməsi ilə bağlı məlumatlar toplayırıq.

Artıq 4 ildir ki, gender bərabərliyi ilə bağlı qanunun yerinə yetirilməsi ilə bağlı məlumatlar toplayırıq.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən keçirilən "Standartlaşdırmada gender bərabərliyi" adlı tədbirdə çıxışı zamanı deyib.

S.Qəhrəmanova qeyd edib ki, gender bərabərliyi dedikdə bəzən qadınların hüquqları başa düşülür, amma belə deyil, burada həm də kişilərin hüququları nəzərdə tutulur.

"Misal üçün, təhsil sahəsində qadınların xeyrinə olan gender bərabərsizliyi var. Yəni bərabərsizlik tək qadınlara şamil olunmur", - deyə S.Qəhrəmanova əlavə edib.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun