General Orucova ağır cəza verildi
"Tərtər işi" ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucovun məhkəməsi başa çatıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasan, general Orucov ittiham edildiyi maddələrlə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bir azdan B.Orucovla birgə mühakimə olunan Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədovla bağlı da hökmün elan ediləcəyi gözlənilir.