"Getdik ki, əsiri asıblar, donuz da onun meyitini yeyib"

Mən 1992-ci ildə Qubadlı rayonunda başımdan yaralanaraq əsir düşmüşəm.

Mən 1992-ci ildə Qubadlı rayonunda başımdan yaralanaraq əsir düşmüşəm.

meqale.com bildirir ki, bunu Trend-ə Şuşa həbsxanasında əsirlikdə olan Həbib Kazımov deyib.

O bildirib ki, 1 il 9 ay Şuşa həbsxanasında əsirlikdə olub.

"Mən əsirlikdə olduğum müddətdə odəhşətli işgəncələr görmüşəm. Hər bir vəhşiliyin şahidi olmuşam. Elə əsir yoldaşım vardı ki, onları iş adı ilə aparırdılar, gətirmirdilər. Halbuki biz indi şahidi oluruq ki, həmin əsir yoldaşlarımız vəhşicəsinə öldürülərək burada basdırılıb. Bir sözlə, bu Şuşa həbsxanasında ermənilər bizə çox əzab-əziyyət verib.

O vaxt həbsxananın həyətində olan su hovuzu su ilə dolu idi. Qış vaxtı bizi işlədəndən sonra hovuzun içinə atırdılar. Burada olan əsirlər var idi ki, onları öldürüb meyitlərin donuzlara yedirdirdilər. Hətta bir əsir var idi, burada onu asmışdılar. Biz getdik ki, onu asıblar, donuz da aşağıdan yuxarı ağzı çatana qədər onun meyitini yeyib", - deyə o qeyd edib.