Goranboyda avtomobil yolu keçmək istəyən 14 və 17 yaşlı bacıları vurub

Goranboyda avtomobil iki piyadanı vurub.

Goranboyda avtomobil yolu keçmək istəyən 14 və 17 yaşlı bacıları vurub
Goranboyda avtomobil iki piyadanı vurub.

meqale.com xəbər verir ki, hadisə Goranboy-Naftalan yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2107 markalı minik maşını yolu keçmək istəyən piyadalar 2011-ci il təvəllüdlü D.Kərimova və onun bacısı 2008-ci il təvəllüdlü N.Kərimovanı vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Qeyd olunub ki, 2008 və 2011-ci il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əzilməsi, bel-oma nahiyəsinin küt travması diaqnozu təyin olunub.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2008-ci il və vəziyyəti orta ağır qiymətləndirilən 2011-ci il təvəllüdlü yeniyetmələr Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə olunublar.

Qəzadan sonra VAZ-2107 yolunun kənarına aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.