Goranboyda avtomobillər toqquşdu - xəsarət alanlar var - YENİLƏNİB
22:30 Goranboyda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.
meqale.com-ın məlumatına görə xəsarət alanlar 2007-ci il təvəllüdlü H.Əkbərov, 2007-ci il təvəllüdlü S.Hüseynov, 2007-ci il təvəllüdlü T.Cəfərov, 1991-ci il təvəllüdlü C.Cəfərov, 2002-il təvəllüdlü E.Abduləzimov və 2003-cü il təvəllüdlü Ü.Bəxşəliyevdir.
Qeyd edək ki qəzada "VAZ 21099" markalı minik avtomobili ilə "VAZ 21011" markalı minik avtomobili toqquşub. /APA
--------
20:45
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com-ın məlumatına görə, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.