Görüşə getməmək üçün polisə zəng etdi

ABŞ-da qadın yeni tanış olduğu kişi ilə ilk görüşə getməmək üçün polisə zəng edib.

Görüşə getməmək üçün polisə zəng etdi
ABŞ-da qadın yeni tanış olduğu kişi ilə ilk görüşə getməmək üçün polisə zəng edib.

meqale.com teleqraf.com-a istinadən bildirir ki, Sumaya Tomas internetdə tanış olduğu kişi ilə görüş təyin etsə də, sonradan fikrini dəyişib.

Kişi Sumayanın evinin qarşısında onu gözləsə də, çölə çıxmayıb. Bir qədər sonra əraziyə polislər gəlib.

Sorğu-sualdan sonra bəlli olub ki, kişi qadının əri deyil. O, ilk görüş üçün bura gəlib. Qadın sadəcə görüşə getməkdən qorxduğu üçün polisə zəng edərək "ərim məni döyür" məlumatını verib.

Amerikalı qadın yalan zəngə görə həbs olunub.