Göyçayda güclü yanğın olub - FOTO
Göyçayda güclü yanğın hadisəsi baş verib.
meqale.com xəbər verir ki, hadisə rayonun Bahəddin Mirzəyev küçəsində sahibkar 1979-cu il təvəllüdlü Mustafayev Samir Vidadi oğluna məxsus yeşik sexində baş verib.
Yanğın zamanı sexin 300 m² ərazisi, içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə yerinə FHN-nin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Yanğının yeşik sexinin emal hissəsində başladığı və qısaqapanmadan baş verdiyi bildirilir.