Göygöldə ağır qəza - 12 yaralı var - VİDEO

Göygöldə mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb.

Göygöldə ağır qəza - 12 yaralı var - VİDEO
Göygöldə mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb.

meqale.com axar.az-a istinadən bildirir ki, qəza zamanı 1977-ci il təvəllüdlü G.Süleymanova, 1972-ci il təvəllüdlü Ş.Musayeva, 1961-ci il təvəllüdlü Z.İsgəndərova, 1992-ci il təvəllüdlü R.Hacıyev, 2007-ci il təvəllüdlü F.Baxışəliyeva, 1999-cu il təvəllüdlü G.Hacıyeva, 1972-ci il təvəllüdlü X.Baxışəliyeva, 1983-cü il təvəllüdlü M.Heydərova, 1991-ci il təvəllüdlü V.Məmmədova, 1984-cü il təvəllüdlü G.Dəmirova, 2019-cu il təvəllüdlü A.Hacıyev və Ş.Musayeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətinin kafi olduğu bildirir. Faktla bağlı araşdırma aparılır.

-------

19:48

Göygöl rayonunda 12 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com Trend-ə istinadən bildirir ki, "Mercedes" markalı mikroavtobusla "VAZ" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə təcili tibbi yardım və yol polisi heyəti cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.