Göygöldə ağır yol qəzası - Ölən və yaralılar var - ADLAR - YENİLƏNİB - FOTO

16:26 Göygöldə baş verən qəzada xəsarət alanların kimliyi bilinib.

Göygöldə ağır yol qəzası - Ölən və yaralılar var - ADLAR - YENİLƏNİB - FOTO
16:26 Göygöldə baş verən qəzada xəsarət alanların kimliyi bilinib.

meqale.com APA-ya istinadən bildirir ki, xəsarət alanların adı aşağıdakı kimidir:

Vüsal Babayev (1985);

Xalidə İsayeva (1965);

Xudayar Musayev (1972);

Anar Qasımov (1993);

Elşanə Musalı (2004).

TƏBİB-dən meqale.com-a bildirilib ki, baş verən qəzada xəsarət alan 2 nəfər (1 nəfər qadın cinsli, 1 nəfər kişi cinsli olmaqla) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

"Onlara zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir. 1965-ci il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağır, 1985-ci il təvəllüdlü (kişi cinsli) şəxsin isə vəziyyəti stabildir", - deyə qeyd edilib .

--------- 09:22 Fövqəladə Hallar Nazirliyi (FHN) Göygöldə baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

meqale.com-ın məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə Göygöl rayonununda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı minik avtomobili ilə "QAZ" markalı yük avtomobili toqquşub, 1 nəfər "Mercedes" markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

--------- 09:07 Göygöldə 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələn ağır yol qəzası baş verib.