Gözlənilən ayrılıq reallaşdı- Fatih Terim bu milliyə gətirilir - FOTO
Çexiya Futbol Federasiyası milli komandanın baş məşqçisi İvan Haseklə yollarını ayırdığını rəsmən açıqladı. Yeni baş məşqçi üçün hazırlanan siyahıda Fatih Terimin adı ön plana çıxır.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssislə əməkdaşlıq qarşılıqlı razılaşma ilə başa çatıb. Hasek yanvar 2024-də ikinci dəfə komandanın başına gətirilmişdi.
Hasekin performansı
21 oyun - 11 qələbə, 5 heç-heçə, 5 məğlubiyyət
2026 Dünya Kuboku seçmələri, L qrupu - 7 oyunda 13 xal
Çexiya hazırda qrupda 2-ci sıradadır, Xorvatiyadan 3 xal geridə
Son matçda Farer adalarına 2-1 məğlubiyyət ayrılığın əsas səbəbi kimi göstərilib