Gözlənilməz çevriliş: “Barbi gölü” yarandı

Havay adalarının Maui adasında "Barbi gölü" yaranıb. Kealia Gölü Milli Vəhşi Təbiət Sığınacağındakı su parlaq çəhrayı rəngə çevrilib.

Gözlənilməz çevriliş: “Barbi gölü” yarandı
Havay adalarının Maui adasında "Barbi gölü" yaranıb. Kealia Gölü Milli Vəhşi Təbiət Sığınacağındakı su parlaq çəhrayı rəngə çevrilib.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qoruğun əməkdaşları bildiriblər ki, 70 illik müşahidələr zamanı gölün belə rəng aldığını ilk dəfədir ki, görürlər. Əvvəlcə mütəxəssislər bu görüntünü zəhərli yosunların çiçəklənməsi ilə əlaqələndiriblər. Laboratoriya testlərindən sonra bəlli olub ki, günahkar halobakteriyalar - çoxalaraq duzlu su hövzələrində yaşayan birhüceyrəli orqanizmlərdir.

Mütəxəssislərin fikrincə, hazırda gölün duzluluğu dəniz suyundan iki dəfə çoxdur. Vəziyyəti Mauidəki quraqlıq daha da ağırlaşdırır - uzun müddət yağış yağmadığı üçün duzu yuyan axınlar su anbarına axmağı dayandırıb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun