"Grace of Nature" Beynəlxalq turnirinin son gününə start verilib - FOTO

Naxçıvan Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turnirinin son gününə start verilib

Naxçıvan Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turnirinin son gününə start verilib

meqale.com Trend-ə istinadən bildirir ki, beynəlxalq turnir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

Bu gün fərdi proqramda çıxış edən gimnastlarla yanaşı, komandalar qrup hərəkətləri üzrə proqramlarda çıxış edəcəklər.

Xatırladaq ki, Naxçıvanda təşkil olunmuş bədii gimnastika üzrə birinci beynəlxalq yarışda balacalar (2016-2017-ci il təvəllüdlü), uşaqlar (2013-2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyasında Azərbaycan və Qazaxıstan komandalarını təmsil edən 250-ə yaxın gimnast iştirak edir.

Yarışlarda Azərbaycanın paytaxtından və bölgələrdən (Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax, Şəmkir və Zaqatala) 20 klubun gimnastları iştirak edir.