Güclü külək bu əraziləri işıqsız qoydu

Hazırda Cəlilabad və Biləsuvar rayonları ərazisində güclü külək əsir.

Güclü külək bu əraziləri işıqsız qoydu
Hazırda Cəlilabad və Biləsuvar rayonları ərazisində güclü külək əsir.

meqale.com xəbər verir ki, bu barədə report.az-a rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, artıq 1 saatdan çoxdur ki, güclü külək əsməyə başlayıb. Qəfil başlayan külək səbəbindən hər iki rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda bölgədə küləkli hava şəraiti davam edir.