Güclü külək Tərtərə də ziyan vurdu

İyunun 20-də axşam saatlarında əsən güclü külək Tərtər rayonunda ziyanlıq törədib.

Güclü külək Tərtərə də ziyan vurdu
İyunun 20-də axşam saatlarında əsən güclü külək Tərtər rayonunda ziyanlıq törədib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə güclü külək nəticəsində 20-dək ağac, 10-dan artıq elektrik dirəyi aşıb, fərdi evlərə, təsərrüfatlara ziyan dəyib. Rayonun yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi dayanıb.

Hazırda dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır.