Güclü külək yas çadırını uçurdu

Beyləqanda əsən güclü külək yas çadırını uçurub.

Güclü külək yas çadırını uçurdu

Meqale.com xəbər verir ki, hadisə ötən gün rayonun İmamverdilər kəndində baş verib.

Vəfat edən kənd sakini, 1967-ci il təvəllüdlü Eldar Hacıyev üçün qurulan yas çadırını əsən güclü külək uçurub.

Nəticədə qurulan çadırın dəmir ayaqları evin üzərinə düşərək evin üstündəki şiferləri sınıdırıb, çadırlar yararsız hala düşüb.