“Ən böyük arzumdur ki, oğlum olsun, adını Mənsum qoyum" - övladı olmayan xanəndə

Tanınmış xanəndə Elgiz Əliyev səmimi açıqlaması ilə diqqət mərkəzinə düşüb.

“Ən böyük arzumdur ki, oğlum olsun, adını Mənsum qoyum
Tanınmış xanəndə Elgiz Əliyev səmimi açıqlaması ilə diqqət mərkəzinə düşüb.

meqale.com xəbər verir ki, sənətçi çıxışlarından birində ürəyində daşıdığı ən böyük arzusunu dilə gətirib. O, bildirib ki, övlad sahibi olmaq onun üçün xüsusi məna daşıyır.

Elgiz Əliyevin sözlərinə görə, onu tanıyan hər kəs bu arzusundan xəbərdardır.

"Ən böyük arzum övladımın olmasıdır. Allah mənə bir oğul nəsib etsə, adını Mənsum qoymaq istəyirəm. Bu, mənim illərdir qəlbimdə yaşatdığım ən böyük istəyimdir", - deyə xanəndə bildirib.

Müğənninin bu səmimi və duyğulu sözləri studiyada və ekran qarşısında olan izləyiciləri kövrəldib.