Güclü küləyə görə endirilən sürət həddi bərpa edildi - YENİLƏNİB

09:14 Küləkli və yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə meqale.com-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

--------- 22:14 Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə meqale.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri və məlumat tablolarına diqqət yetirmələri xahiş edilir.