Gülbahar Şükürlü xəstəxanadan evə buraxıldı

Xərçəng xəstəliyi ilə mübarizə aparan əməkdar artist Gülbahar Şükürlü xəstəxanadan evə buraxılıb.

Gülbahar Şükürlü xəstəxanadan  evə buraxıldı
Xərçəng xəstəliyi ilə mübarizə aparan əməkdar artist Gülbahar Şükürlü xəstəxanadan evə buraxılıb.

meqale.com teleqraf.com-a istinadən bildirir ki, bu haqda qarmon ifaçısının ailə üzvü məlumat verib:

"Evdə müalicəsi davam edir. Səhhəti yaxşılığa doğru gedir. Həkimlər bildirirlər ki, müalicəsində müsbət irəliləyiş var".

Qeyd edək ki, bir müddət əvvəl Gülbahar Şükürlünün başında onkoloji şiş aşkarlanmışdı.