Güləş üzrə Azərbaycan millisi Avropa çempionu olub

İspaniyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Güləş üzrə Azərbaycan millisi Avropa çempionu olub
İspaniyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

meqale.com Trend-ə istinadən xəbər verir ki, 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan Azərbaycan millisi 144 xal toplayaraq komanda hesabında Avropa çempionu olub. Bu, U-20 Avropa çempionatları tarixində yunan-Roma güləşi üzrə millnin topladığı ən yüksək xaldır.

İlk üçlüyə həmçinin Gürcüstan (134) və Türkiyə (113) daxil olub.