Azərbaycan boksçusu Avropa Oyunlarını bürünc medalla başa vurub

Murad Allahverdiyev Avropa Oyunlarında bürünc medal qazanıb.

Azərbaycan boksçusu Avropa Oyunlarını bürünc medalla başa vurub
Murad Allahverdiyev Avropa Oyunlarında bürünc medal qazanıb.

meqale.com Trend-ə istinadən bildirir ki, Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb. "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən idmançımız finala gedən yolda Qabriyel Veoçiçi (Xorvatiya) üz-üzə gəlib.

Ardıcıl olaraq Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran M.Allahverdiyev bu dəfə məğlubiyyətə üzülüb. Rəqib 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəldiyindən boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurub.