Güləşçilərimiz dünya çempionatının ilk günündə 4 qızıl medal qazanıb - YENİLƏNİB - FOTO

Azərbaycan yığması Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatının ilk gününü 4 qızıl medalla başa vurub.

meqale.com İdman.biz-ə istinadən xəbər verir ki, komandamıza 4-cü çempionluğu İbrahim Yusubov (92 kq) qazandırıb.

O, finalda türk rəqibini məğlub edib. Yusubovdan öncə Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq) və Turan Bayramov (74 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, "Sərhədçi" İdman Mərkəzində bu gün start götürən çempionat dekabrın 3-də başa çatacaq. Azərbaycan yarışda 18 güləşçi ilə təmsil olunur.