Günay doğulduğu Füzulidə 30 il sonra səhnəyə çıxdı
Müğənni Günay İbrahimli 30 il sonra doğulduğu Füzuliyə yollanıb.
meqale.com axşam.az-a istinadən bildirir ki, ifaçı "Füzuli Şəhəri Günü" münasibəti ilə keçirilən konsertdə səhnəyə çıxıb.
Təəssüratlarını bölüşən Günay "Öz doğulduğum doğma torpağım, Füzuli şəhərində səhnə almaq sözlərlə ifadə edilə bilməyəcək dərəcədə möhtəşəm hisslər yaşatdı.Qarabağ Azərbaycandır!" sözlərini bildirib.