“Gündüz gülüb-danışmışdıq...” - Yaşar Nurinin həyat yoldaşı
Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qızının ölümündən danışıb.
meqale.com xəbər verir ki, o, "Elgizlə izlə" verilişinin canlı efirində açıqlama verib.
"Allah heç kimə qismət etməsin. Gözləmədiyimiz halda olan bir şeydir. Gündüz gülüb-danışmışdıq... Gecə zəng edib ki, gəl", - Rəhimə xanım bildirib.
Y. Nurinin digər qızı Ülkərin sözlərinə görə, 3 mərasimi noyabrın 17-si saat 14:00-da Təzə Pir məscidində baş tutacaq.
Qeyd edək ki, Ülviyyə Yaşarqızı gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.