Güneydə zəvvarları daşıyan avtobus qəzaya uğradı
Bu gün İranın Qəzvin əyalətində Ərbəin zəvvarlarını daşıyan avtobus qəzaya uğrayıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Qəzvin əyalətinin Yol Polisi İdarəsinin rəisi, polkovnik Fərhad Zakiri Məneş məlumat verib.
"Bu gün səhər 05:47 radələrində 44 Ərbəin zəvvarını daşıyan avtobus Qəzvin-Rəşt magistralında "Nissan" markalı avtomobillə toqquşaraq aşıb. Nəticədə 15 sərnişin yaralanıb", - məlumatda deyilib.
Onun sözlərinə görə, dörd nəfər dərhal xəstəxanaya aparılıb, digər zərərçəkənlər isə ambulator müalicə olunub.