Günun sonunadək ilkin məlumatları açıqlamağa çalışacağıq
Məntəqələr bağlandıqdan sonra günun sonunadək ilkin məlumatları açıqlamağa çalışacağıq.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün MSK-da jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, bələdiyyə seçkiləri prezident və parlament seçkiləri ilə müqayisə edilə bilməz:
"Bələdiyyə seçkilərində 685 bülleten üzrə seçki aparılacaq. Bu proses bir az gecikə bilər. İlkin məlumatlar olduqda onları ictimaiyyətə çatdıracağıq. Hətta qeyri-rəsmi nəticələrin də ictimaiyyətə çatdırılması beynəlxalq praktikada qəbul edilib. Bu seçkidə də gec saatlarda da olsa, nəticələri elan etməyə çalışacağıq".