Gürcülər baş verən son hadisələrdə Azərbaycanı haqlı sayır - VİDEO
Meşəli soyqırımını törədənlərdən biri Vaqif Xaçaturyanın saxlanmasını gürcü siyasi şərhçilər ədalətli hesab edirlər.
meqale.com xezerxeber.az-a istinadən bildirir ki, Politoloq Levan Keradze bildirib ki, azərbaycanlıların qətlə yetirilməsində əli olan bu şəxs cəzasını çəkməlidir.
Siyasi şərhçi Ana Qoqoladze Ermənistan tərəfinin Azərbaycanla razılaşdırmadan yük maşınlarını Laçın sərhəd məntəqəsinə yığmasından danışıb. Gürcü ekseprt rəsmi Bakının dəfələrlə Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün ağdam-xankəndi yolundan istifadə oluna biləcəyini bəyan etməsinə diqqət çəkib.
Gürcü politoloqlar vurğulayıb ki, Ermənistan sülh sazişini nə qədər tez imzalasa, bu, bütövlükdə regionun inkişafına böyük töhvə olacaq.