Gürcüstan bu işdə vasitəçi ola bilər - Vitse-spiker

Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilər.

Gürcüstan bu işdə vasitəçi ola bilər - Vitse-spiker
Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilər.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Qiya Volski deyib.

"Əsas odur ki, həm Bakı, həm də İrəvan bu istiqamətdə Gürcüstanın resurslarından istifadə etmək istəsin", - o bildirib.

"Cənubi Qafqazda sülh olmalıdır", - Volski əlavə edib.

Qeyd edək ki, oktyabrın 8-də Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatla çıxış edən _Prezident İlham Əliyev bildirib ki, Ermənistanın razılığı ilə müvafiq strukturların rəhbərləri Gürcüstanda ikitərəfli və üçtərəfli görüşlər keçirə bilərlər:

"Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan ola bilərdi.

Gürcüstanın bu məsələdə mümkün vasitəçilik imkanlarını ortaya qoyduğuna görə Baş nazir İrakli Qaribaşviliyə minnətdarlığını bildirən dövlətimizin başçısı qeyd edib: "Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər".

meqale.com