Gürcüstan parlamentində dava - VİDEO
Gürcüstan parlamentinin bugünkü iclası deputatların davası ilə başlayıb.
meqale.com axar.az-a istinadən bildirir ki, deputat Aleko Elisaşvili hakim "Gürcü arzusu" partiyasının "Xarici agentlər haqqında" qanun layihəsini yenidən parlamentə təqdim etməsi hamı üçün təhqir olduğunu açıqlayıb.
Elisaşvilinin bəyanatı hakim partiyanın deputatlarının hiddətinə səbəb olub və söz mübahisəsi davaya çevrilib.