Gürcüstanda azərbaycanlı mer müavini təyin olundu

Tural Vəliyev Bolnisi merinin müavini təyin olunub.

Gürcüstanda azərbaycanlı mer müavini təyin olundu
Tural Vəliyev Bolnisi merinin müavini təyin olunub.

meqale.com-ın məlumatına görə Bolnisinin meri müavini vəzifəsinə azərbaycanlı təyin edilib.

Bu barədə məlumatı özü yayıb.

Qeyd edək ki, Tural Vəliyev 2021-2025-ci illərdə Dmanisi merinin müşaviri vəzifəsində çalışıb. O, 2016-2020-ci illərdə müxtəlif dövlət qurumlarında fəaliyyət göstərib.

1995-ci ildə anadan olan Tural Vəliyev Bolnisi rayonundandır. O, Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirib, ailəlidir və iki övladı var.