Gürcüstanda daha bir istefa

Gürcüstanın Çexiyadakı səfiri Teya Maisuradze baş nazir İrakli Kobaxidzenin Aİ ilə danışıqların başlanması məsələsinin dondurulması ilə bağlı bəyanatından sonra istefa verib.

meqale.com APA-ya istinadən bildirir ki, bu haqda o öz "X" hesabında məlumat verib.

"Mən Gürcüstanın Çexiyadakı səfiri vəzifəsindən istefa verdim. Demək olar ki, iyirmi ilə yaxındır ölkəmin milli maraqlarına xidmət etmək, onun Avro-Atlantik bölgəyə inteqrasiyasını təşviq etmək, onun suverenliyini və ərazi bütövlüyünü qorumaq mənim üçün böyük şərəfdir. Mən Gürcüstanın Avropa gələcəyinə sadiq qalıram!", - deyə o bildirib.