Gürcüstanda kurort zonasında qar uçqunu oldu
Gürcüstanın Bakuriani kurort zonasında qar uçqunu olub.
meqale.com APA-ya istinadən bildirir ki, məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb. Bildirib ki, əraziyə ətraf bölgələrdən axtarış-xilasedicilər cəlb edilib, həmçinin Tbilisidən helikopter göndərilib.
Yerli KİV-in məlumatına görə, təbii fəlakət nəticəsində 1 nəfərin həlak olduğu ehtimal edilir.