Gürcüstanda nazir istefa verdi

Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili istefa verib.

Gürcüstanda nazir istefa verdi
Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili istefa verib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Zurab Azaraşvili Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə söhbətdən sonra vəzifəsini tərk edib. Səhiyyə nazirinin istefa səbəbi açıqlanmayıb.

Hökumət başçısının yeni naziri yaxın vaxtlarda təqdim edəcəyi qeyd olunub.