Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb
Gürcüstanın Şovi kurort zonası yaxınlığında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə İdarəetmə Xidməti təsdiqləyib.
18 nəfərin axtarışlarının davam etdiyi bildirilib.
Qeyd edək ki, torpaq sürüşməsi avqustun 3-də günorta saatlarında Gürcüstanın qərbindəki Şovi kurort bölgəsində baş verib.