Gürcüstanda turistləri daşıyan mikroavtobus qəza törətdi - xəsarət alanlar var
Gürcüstanın qərbində xarici turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb.
meqale.com report-a istinadən xəbər verir ki, hadisə Xoni bələdiyyəsinin Naxaxulevi kəndi yaxınlığında qeydə alınıb.
Belə ki, avtomobil yoldan çıxaraq kanala düşüb. 10-a yaxın insan xəsarət alıb və müxtəlif klinikalara yerləşdirilib.