Gürcüstanı Rusiya idarə edir - Zurabişvili

Gürcüstanı Rusiya hökuməti idarə edir.

Gürcüstanı Rusiya idarə edir - Zurabişvili
Gürcüstanı Rusiya hökuməti idarə edir.

meqale.com axar.az-a istinadən bildirir ki,  bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

"2012-ci ildən hakimiyyətdə olan Gürcü Arzusu Partiyası Rusiyadakı kimi təbliğat, qütbləşmə və hədə-qorxu taktikasına əsaslanan kampaniya aparır", - Zurabişvili bildirib.

Prezident hakim partiyanı dövlət qulluqçularını səs verməyə məcbur etməkdə, müxalifət fəallarına hücumda, jurnalistləri hədələməkdə və xaricdəki vətəndaşların səs verməsini çətinləşdirməkdə ittiham edib:

"Bu, adi seçki deyil, Avropanın gələcəyi ilə Rusiyanın keçmişi arasında seçimdir".

Qeyd edək ki, Gürcüstanda parlament seçkisi 26 oktyabrda keçiriləcək.