Hacıqabulda ağır qəza - xəsarət alanlar var
Hacıqabulda yol qəzası baş verib.
meqale.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralında, Hacıqabul rayonunun Muğan kəndi ərazisində qeydə alınıb.
"Mercedes" markal avtomobilin traktora çırpılması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Şirvan xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.