Hakan Fidan Rusiya və Ukraynaya çağırış etdi
Rusiya və Ukrayna qarşıdurmada hərbi imkanların həddinə çatıb, ona görə də sülhlə bağlı dialoqa başlamaq lazımdır.
meqale.com report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumunun bağlanış mərasimində çıxışı zamanı deyib.
"Bizim mövqeyimiz ondan ibarətdir ki, hər iki tərəf artıq hərbi yolla əldə edilə biləcək həddinə çatıb. Hesab edirik ki, indi atəşkəslə bağlı dialoq aparmağın vaxtı çatıb", - o deyib.