Hakan Fidan Suriyaya getdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib.
meqale.com xəbər verir ki, bu barədə məlumatı "NTV" yayıb.
Türkiyənin XİN rəhbərinin Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa ilə görüşü planlaşdırılır.
H.Fidanın Dəməşqdə keçirəcəyi görüşlərdə iki ölkə arasındakı münasibətlər, Suriyanın bərpası və terrorla mübarizə məsələlərinin müzakirə ediləcəyi gözlənilir.