Hakan Fidanın Bakı səfərinin DETALLARI - VİDEOMÜSAHİBƏ
Türkiyə xarici işlər naziri Hakan Fidanın dünən Bakıya səfər etməsi olduqca mühüm əhəmiyyət daşıyır. XİN rəhbərinin səfərində Ceyhun Bayramovla ilə keçirdiyi mətbuat konfransında verilən açıqlamalar maraq doğurdu.
Məsələni Trend-ə şərh edən siyasi ekspert Turab Rzayev bildirib ki, ümumiyyətlə Azərbaycanla Türkiyə arasında belə görüşlərin keçirilməsi normal haldır.
"Son vaxtlar Ermənistan və Azərbaycan tərəfindən sülh danışıqlarının sürətləndiyinin şahidi oluruq. Hakan Fidanın da ölkəmizə səfəri zamanı əsas mövzu sürətli sülhün özündə nələri ehtiva etməsi ilə bağlı olub. Türkiyə nə qədər neytral siyasət yeritsə də, NATO-nun və Qərb dünyasının bir parçasıdır. Türkiyə sülh məsələsini tək Azərbaycanla deyil, həm də ölkəmizin maraqlarını nəzərə almaqla Qərbə təzyiq göstərir. Türkiyə lazım olduğu anda Qərbən alternativ, diplomatik kanal kimi də çıxış edir. Biz bunu Qarabağ müharibəsindən əvvəl və sonra da gördük",- deyə ekspert qeyd edib.
Geniş videomüsahibəni təqdim edirik:
meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun