"HAMAS girovları bu prinsiplə azad etməyə hazırdır"

HAMAS bir aya yaxındır saxladığı bütün girovların "tam kompromis" ("hamının hamıya") prinsipi əsasında azad edilməsinə hazırdır.

HAMAS bir aya yaxındır saxladığı bütün girovların "tam kompromis" ("hamının hamıya") prinsipi əsasında azad edilməsinə hazırdır.

meqale.com APA-ya istinadən bildirir ki, bunu ABŞ-ın NBC News telekanalına açıqlamasında HAMAS-ın Siyasi Bürosunun üzvü Qazi Həməd deyib.

Bununla belə, o İsrailin bunun qarşılığında öz həbsxanalarındakı bütün məhbusların azad edilməsini rədd edəcəyinə əmin olduğunu bildirib.

"Biz bu insanların evlərinə getmələrini istəyirik. Biz həmçinin, öz girovlarımızın evlərinə qayıtmalarını istəyirik. Ona görə də, mən düşünürəm ki, biz hərbi və ya mülki bütün girovları qəbul etmək üçün indi tam kompromisə, tam razılaşmaya hazırıq", - Həməd deyib.