HammAli və Navai pərəstişkarlarını qəzəbləndirdi

Dekabrın 10-da Volqoqradda məşhur "HammAli & Navai" rep qrupunun (Aleksandr Əliyev və Nəvai Bəkirov) konserti planlaşdırılırdı.

HammAli və Navai pərəstişkarlarını qəzəbləndirdi
Dekabrın 10-da Volqoqradda məşhur "HammAli & Navai" rep qrupunun (Aleksandr Əliyev və Nəvai Bəkirov) konserti planlaşdırılırdı.

meqale.com axşam.az-a istinadən xəbər verir ki, "Krop Arena"da planlaşdırılan gecə təxirə salınıb. Gecəyə biletlərin çox hissəsi isə satılıb. 

Bir gün əvvəl isə konsertin afişası yığışdırılıb. Məkanın sahibləri isə Navai və HammAlinin çıxış etməyəcəyini deyib. Bunun səbəbi isə açıqlanmayıb.

"Hörmətli HammAli & Navai qrupunun pərəstişkarları, bizdən asılı olmayan vəziyyətlərə görə biz Volqoqraddakı konserti ləğv etmək məcburiyyətindəyik" deyə təşkilatçı açıqlamada qeyd edib.

İfaçılar özləri də gecənin təxirə salınmasının səbəbini açıqlamayıblar. Bu isə onların fanatlarının qəzəbinə səbəb olub.